VSayt.com Azərbaycan dilinə tam tərcümə olunmuş “Wordpress” üzərində sayt təklif edir. Tərcümə çox vax apardığına görə də bu saytda görülən əsas işlərdən biri də tərcemə ilə bağlı olub. Biz inanırıq ki, saytın istifadəsi zamanı da çox dəyişiklik, yeniliklər olacaq və istifadəçilərimizə layiqli xidmət göstərəcəyik. “Wordpress” dünyanın ən məşhur sayt/bloq/CMS sitemlərindəndir və dünyadakı saytların əsas hissəsi onun köməyi ilə hazırlanıb.
Bizim məqsədimiz:
Azərbaycan istifadəçisinə pulsuz İnternet resurslarından istifadə imkanı vermək, istifadəçinin həyatında internetin rolununu, imkanlarını öyrətmək. Bəli, pulsuz xidmətlə bərabər biz istifadəçiyə vebsaytların, serverlərin bir sözlə – virual aləmin nə oluduğunu öyrətməkdir. Artıq Azərbaycan istifadəçisi də internetdə özünə yer ayırmalıdır.
Bizim və sizin qazancımız:
Sadəcə, biz sizə pulsuz xidmət təklif edirik və siz bundan istifadə edərək qazanırsınız, biz isə sizdən deyil, reklamdan qazanırıq. VSaytın əsas prinisipi də budur, hər kəs öz işini görür.
Gələcək planlarımız:
Bizim bu pulsuz xidmətimiz heç vaxt dayanmayacaq. Biz hər gün xidmətimizi daha da gücləndirəcəyik və sizə yeni xidmətlər təklif edəcəyik.
Vsayt kimə lazımdır?
Fərdi insanlar öz saytında özləri haqqında, həyat tərzləri, sevdikləri musiqi, video, kino barəsində yazırlar. Bu saytı sonra facebook, myspace, odnaklasniki və s. saytlarda dostları ilə paylaşırlar. Beləliklə sayt insanı tanımaq və özünü tanitdırmaq məqsədi kimi işlədilə bilər. Bu halda VSayt sayt kimi deyil bloq kimi fəaliyyət göstərir.
Hər bir şirkət öz gördüyü iş haqqında, satdığı mallar, təklif etdiyi servisləri haqqında öz saytında məlumat yerləşdirə bilər. Bununla şirkətin müştərilərinin sayı artır və eyni zamanda internetdə pulsuz reklam məqsədi daşıyır. VSayt-ın internet axtarış sistemlərində, güclü tanınma mexanizmi vardır və bu axtarış sistemlərində səhifənizin ön nəticələrdə sıralanmağına kömək edir.