[ratings]
Qısa müddət ərzində istədiyimiz qədər istifadəçimiz oldu və istədiyimiz işləri gördük. Demək olar hər gün Vsayt üzərində işlər gedir və 2-3 gündən bir yenilikləri Administrator panelində elan edirik. Biz hər ay bəlkə də daha da tez-tez ön səhifədə son gördüyümüz işlər barəsində, yeniliklər, dəyişikliklər barəsində sizi xəbərdar edəcəyik.
- Bu son dövr ərzində biz Üst Geyimlərin sayı 95-ə çatdırılıb. Fərdi üst geyimlərdə səhvlər ola bilər və biz bunları gördükcə düzəldirik. Üst geyimlərin öz səhifəsində az saytda Ingiliscə sözlərə rast gəlmək olur və bu sözləri də tərcümə edəcəyik. Admin paneldəki bəzi Ingiliscə sözləri tərcümə etmək mümkün deyil çünki bu üst geyimlərin öz xüsusiyyətləndirici vasitələrdir.
- Axtarış sistemləri adlı plaqin əlavə olunub. Bu plaqin haqqında az məlumat yerləşdirilib, amma, sayt üçün demək olar ən əsas plaqinlədən biridir. Sizin məqalələrinizin Google, Yahoo kimi axtarış sistemlərində görünməsini təmin edir və bu sistemlər üçün səhifələrinizi optimallaşdırır. Siz məqalələrinizin təsvirini, açar sözlərini bu plaqinə daxil etməklə axtarış sistemləri siszin saytınızda nə olduğunu daha tez aşkar edir. Plaqinin əsas istifadə hissəsi Yeni Məqalə və Səhifə yerləşdirdikdə aşağıda gələn Axtarış sistemlərində optimallaşdır qutusudur. Bu plaqin haqqında daha ətraflı yezılacaq.
- Məqalə Qiymətləndirməsi plaqini istifadəsi çox asan olan plaqindir. Sadəcə sizin istifadəçilərinizin məqalələrinizi müxtləif seçə biləcəyiniz qrafiklərlə qiymətləndirməsi üçündür. Bu plaqin seçənəklərindən istədiyiniz qiymətləndirmə qrafikini, teksti, stilini və s. dəyişə bilərsiniz. Qiymətləndirmə panelindən isə məqalələrinizin necə, neçə nəfər tərəfindən qiymətləndirildiyinə baxa bilərsiniz. Məqalədə və ya Səhifələrdə bu plaqini işə salmaq üçün sadəcə [ ratings ] kodunu (mötərizə ilə birlikdə) məqalənin baş və ya son hissəsinə əlavə edin və ön səhifədə qiymətlədirmə qrafiki görünəcək.
- - Sorğular plaqini sizə saytınızda müxtəlif sorğular keçirməyə imkan verir. Bu plaqin əsasən moduladan ibarətdir və plaqini aktivləşdirdikdən sonra modullar bölməsindən Sorğular modulunu Yan sütüna tutub aparın və sonra ön səhifədə modulun ilkin sorğunu görəcəksiniz. Sorğular menyusundan Sorğu Əlavə et düyməsinə basaraq istədiyiniz sorğunu əlavə edə və istədiyinizi dəyişə bilərsiniz. Sorğu seçənəklərindən isə Sorğular modulunu istədiyiniz kimi dəyişə bilərsiniz. 

- Paylaş plaqini saytınıza ziyarətlərin sayını artıran əlavə yoldur. Bu plaqinlə siz məqalələrinizi, səhfələrinizi Facebook, MySpace, Twitter, Google Bookmarks, Yahoobuzz və s. paylaşma servislərində dərc edərək dostlarınızın saytınıza gəlməsini təmin edirsiniz. Əsasən bu plaqin saytınızda olan bütün məlumatları dostlarınızla paylaşmağa kömək edir, sonra dostlarınız sayta gəlirlər məlumatları görüb bəyənirlər və onlar da bu plaqin vasitəsi ilə məlumatı öz dostları ilə paylaşırlar. Plaqini sadəcə aktivləşdirin və məqalələrinizin sonunda – burada gördüyünüz kimi düymələr peydə olacaq.
- Və çox istifadəçinin gözlədiyi Mini Çat sistemi əlavə
olundu. Mini çat sistemi əsasən moduldan ibarətdir və onu saytınızın Yan Sütununa yerləşdirə bilərsiniz. Plaqini “Plaqinlər” menyusundan aktivləşdirdikdən sonra üst Geyim>Modullar menyusundan saytınızın yan sütununa “Minimesaj” adlı modulu aparın və ön səhifədə onu görəcəksiniz. Admin panelindən yazılan mesajları idarə etmək üçün Şərhlər>”Mini Çat” menyusuna daxil olun və oradan istədiyiniz mesajı silə, dəyişə və yaza bilərsiniz.
Hal-hazırdakı qurulmuş plaqinləri, modulları daim yenilən’cək olan bu saytda görə bilərsiniz: http://demo.vsayt.com
Önümüzdəki müddətdə biz əsasən öyrədici məqalələrin yazılmasını tamin edəcəyik. Vsayt-ın bir çox funksiyaları barədə istifadəçilər – sizlər az məlumata sahibsiniz və buna görə mükəmməl vebsayt çox azdır. Eyni zamanda saytda istifadəçilərinizin idarə olunması ilə bir neçə çətinliklər var və bunlar da bu ay ərzində həll olunacaq.
Uğurlar!
Təşəkkür edirik,
Vsayt Administrasiyası.
Bəli siz saytınıza reklam yerləşdirə bilərisniz amma adsense kodunu məqalədə HTML hissısinə yerləşdirin.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.
Saytın axtarış sistemlərində gprünməsi zaman alan prosesdir, siz həm dı öz saytınızı internetdə yaymalısınız ki bu proses tez həyata keçsin.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.
salam.menim kecen defe verdiyim suala cavab vermediniz axi…
men yeni meqale derc edende hansi kateqoriyaya aid olmagini sece bilirem.amma hansi sehifeye aid olmagini sece bilmirem.mes:yeni meqale derc edende istiyirem ki hem home sehifesinde hem de tutaq ki about sehifesinde de gorunsun.amma ne derc ediremse hamisi home sehifesinde gorunur.xahis edirem bunu duzeltmeye komek edin.
Salam,
Siz əvvəlcə kateqoriyanı yaradın sonra məqalə yaradanda sağ tərəfdə Kateqoriyalar bölməsindən yaratdığınız kateqoriyanı seçə bilərsiniz. Həmin bölmədə kateqoriya yaratmaq da mümkündür.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.
kateqoriya yarada bilirem.Yeni Meqaleni de kateqoriyaya aid ede bilirem.burda problem yoxdu.Menim esas istediyim odur ki Yeni meqaleni Sehifeye aid ele bilim.Sehifeler yuxarida , kateqoriyalar ise ya sagda ya da solda olur.Istiyirem ki Yeni yaratdigim meqale home sehifesinde yox “New movies 2010″ sehifesinde gorunsun.Menim saytima baxsaz bawa duseceksiniz.
salam..men teze yaratdim..admin panelden snoska sekili deyiwdim,kategoriya elave etdim..amma hele saytda ne snoska wekil deyiwiib ..ne de kategoriyalar gelib…baxin zehmet olmasa..ve cavab yazin..demey olar ki hele tezeyem bu iwde amma bawim cixir ve diyilenleri yerine degig yetirmiwem
bura cox rahat ve eladi
Saytıma Move Maker-də düzəldilmiş klip əlavə etmək istəyirəm ancaq nədənsə o görünmür yalnız adı yazılır bunu necə edə bilərəm bəlkə formatı dəyişim
Məlumat üçün təşəkkürlər. Çox gözəl saytdır.
Salam. Men nece oz saytimda youtube videolarini yerlesdire bilerem. Saytim:http://www.harripotter7.vsayt.com
Hormetle: Emil
Salam.Mən saytın görünüşünü necə özüm dizayn edim?hazır dizaynları demirəm.Yəni üst görünüşlərinə şəkil əlavə etmək və bu cur başqa komponentlər
slm mne bu sayta mp3,video,sekil yukleye bilerem saytim lovebox.vsayt.com hormetle kamran
prana, sizin seçdiyiniz üst geyimin snoskasını dəyişmək mümkün deyil. Üst geyim menyusundan Theme Options adlı menyuya daxil olun və istədiyinizi dəyişin. Kateqoriya əlavə etmisiniz amma kateqoriyalar modulunu yan sütuna yerləşdirməmisiniz, bundan ötrü Üst Geyim>Modullar menyusuna daxil olun.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.
228m, sayta mp4, mpeg, wmv fomatlı videolar əlavə edə bilərsiniz. Media bölməsinə videonu yükləyin sonra hər hansı məqaləyə həmin videonu yapışdırın.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.
Harri Potter, YouTube.com videolarını sayta yerləşdirə bilərsiz, bundan ötrü məqalə redaktorunda HTML düyməsinə basın və youtube kodunu (linki deyil) ora daxil edin.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.
lovebox mp3, video, şəkil yükləmək üçün Media menyusuna daxil olun və faylları ora yükləyin, sonra yüklənmiş faylları hər hansı bir məqaləyə yağışdırın.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.
salam, mənim saytımda ingiliscə bir çox reklam xarakterli şərhlər yerləşdirilib və yazdığım məqalələrdə məndən asılı olmayaraq müəyyən hərf birləşmələri fərqli rənglə işarə olunub. Həmin birləşmələrə daxil olduqda fərqli saytlardakı məlumatlarla qarşılaşıram. Mən saytıma edilən bu müdaxilələrin qarşısını necə al bilərəm? Zəhmət olmazsa,məlumat verin
saytin hansi seyfesine clik edirem reklam gelir vsayt com narahatciliq yaradir nece edimki her klikde reklam gelmesin?
Salam, saytınıza yerləşdirilən şərhlər Spamdır, çalışın onları siləsiniz. İnternetdə spam ən böyük problemlərdən biridir və biz buna qarşı mübarizə aparırıq.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.
Salam, bu bizim tərəfimizdən son günlərdə yerləşdirilən reklam idi və artıq aradan qaldırılıb.
Təşşəkür edirik,
Vsayt Administrasiyası.