Log in to your site

 remember me

Parolu unutmusunuz?


Vsayt sizə yeniliklər gətirir, güclənir, böyüyür

[ratings]

Qısa müddət ərzində istədiyimiz qədər istifadəçimiz oldu və istədiyimiz işləri gördük. Demək olar hər gün Vsayt üzərində işlər gedir və 2-3 gündən bir yenilikləri Administrator panelində elan edirik. Biz hər ay bəlkə də daha da tez-tez ön səhifədə son gördüyümüz işlər barəsində, yeniliklər, dəyişikliklər barəsində sizi xəbərdar edəcəyik.

- Bu son dövr ərzində biz Üst Geyimlərin sayı 95-ə çatdırılıb. Fərdi üst geyimlərdə səhvlər ola bilər və biz bunları gördükcə düzəldirik. Üst geyimlərin öz səhifəsində az saytda Ingiliscə sözlərə rast gəlmək olur və bu sözləri də tərcümə edəcəyik. Admin paneldəki bəzi Ingiliscə sözləri tərcümə etmək mümkün deyil çünki bu üst geyimlərin öz xüsusiyyətləndirici vasitələrdir.

- Axtarış sistemləri adlı plaqin əlavə olunub. Bu plaqin haqqında az məlumat yerləşdirilib, amma, sayt üçün demək olar ən əsas plaqinlədən biridir. Sizin məqalələrinizin Google, Yahoo kimi axtarış sistemlərində görünməsini təmin edir və bu sistemlər üçün səhifələrinizi optimallaşdırır. Siz məqalələrinizin təsvirini, açar sözlərini bu plaqinə daxil etməklə axtarış sistemləri siszin saytınızda nə olduğunu daha tez aşkar edir. Plaqinin əsas istifadə hissəsi Yeni Məqalə və Səhifə yerləşdirdikdə aşağıda gələn Axtarış sistemlərində optimallaşdır qutusudur. Bu plaqin haqqında daha ətraflı yezılacaq.

Qiym?tl?ndirm?- Məqalə Qiymətləndirməsi plaqini istifadəsi çox asan olan plaqindir. Sadəcə sizin istifadəçilərinizin məqalələrinizi müxtləif seçə biləcəyiniz qrafiklərlə qiymətləndirməsi üçündür. Bu plaqin seçənəklərindən istədiyiniz qiymətləndirmə qrafikini, teksti, stilini və s. dəyişə bilərsiniz. Qiymətləndirmə panelindən isə məqalələrinizin necə, neçə nəfər tərəfindən qiymətləndirildiyinə baxa bilərsiniz. Məqalədə və ya Səhifələrdə bu plaqini işə salmaq üçün sadəcə [ ratings ] kodunu (mötərizə ilə birlikdə) məqalənin baş və ya son hissəsinə əlavə edin və ön səhifədə qiymətlədirmə qrafiki görünəcək.

- - Sorğular plaqini sizə saytınızda müxtəlif sorğular keçirməyə imkan verir. Bu plaqin əsasən moduladan ibarətdir və plaqini aktivləşdirdikdən sonra modullar bölməsindən Sorğular modulunu Yan sütüna tutub aparın və sonra ön səhifədə modulun ilkin sorğunu görəcəksiniz. Sorğular menyusundan Sorğu Əlavə et düyməsinə basaraq istədiyiniz sorğunu əlavə edə və istədiyinizi dəyişə bilərsiniz. Sorğu seçənəklərindən isə Sorğular modulunu istədiyiniz kimi dəyişə bilərsiniz. Sor?ular

Dostlar?nla Payla?

- Paylaş plaqini saytınıza ziyarətlərin sayını artıran əlavə yoldur. Bu plaqinlə siz məqalələrinizi, səhfələrinizi Facebook, MySpace, Twitter, Google Bookmarks, Yahoobuzz və s. paylaşma servislərində dərc edərək dostlarınızın saytınıza gəlməsini təmin edirsiniz. Əsasən bu plaqin saytınızda olan bütün məlumatları dostlarınızla paylaşmağa kömək edir, sonra dostlarınız sayta gəlirlər məlumatları görüb bəyənirlər və onlar da bu plaqin vasitəsi ilə məlumatı öz dostları ilə paylaşırlar. Plaqini sadəcə aktivləşdirin və məqalələrinizin sonunda – burada gördüyünüz kimi düymələr peydə olacaq.

- Və çox istifadəçinin gözlədiyi Mini Çat sistemi əlavə�z�n? �at sayt? a� olundu. Mini çat sistemi əsasən moduldan ibarətdir və onu saytınızın Yan Sütununa yerləşdirə bilərsiniz. Plaqini “Plaqinlər” menyusundan aktivləşdirdikdən sonra üst Geyim>Modullar menyusundan saytınızın yan sütununa “Minimesaj” adlı modulu aparın və ön səhifədə onu görəcəksiniz. Admin panelindən yazılan mesajları idarə etmək üçün Şərhlər>”Mini Çat” menyusuna daxil olun və oradan istədiyiniz mesajı silə, dəyişə və yaza bilərsiniz.

Hal-hazırdakı qurulmuş plaqinləri, modulları daim yenilən’cək olan bu saytda görə bilərsiniz: http://demo.vsayt.com

Önümüzdəki müddətdə biz əsasən öyrədici məqalələrin yazılmasını tamin edəcəyik. Vsayt-ın bir çox funksiyaları barədə istifadəçilər – sizlər az məlumata sahibsiniz və buna görə  mükəmməl vebsayt çox azdır. Eyni zamanda saytda istifadəçilərinizin idarə olunması ilə bir neçə çətinliklər var  və bunlar da bu ay ərzində həll olunacaq.

Uğurlar!

Təşəkkür edirik,

Vsayt Administrasiyası.

175 Şərh “Vsayt sizə yeniliklər gətirir, güclənir, böyüyür”

  • Samal menim sizden xaishim bu saytin divarlarina shekiller yerleshdirmek mumkun olsin . Evvelceden teshekkurler.

  • hesenlielgun:

    nece html qoya bilerem?

  • Salam saytın divarı dedikdə siz nəyi nəzərdə tutursunuz?
    HTML kod yerləşdirmək məqalə yerləşdirmək kimidir, məqalələr bölməsində Mətn Redaktorunun üst hissəsində HTML düyməsinə basaraq mətn hissəsinə kodunuzu yerləşdirin.

    Təşşəkür edirik,
    Vsayt Administrasiyası.

  • Əla layihədir. Buna ehtiyacı olanlar çoxdur. Amma düşünürəm ki, lazımi qədər reklam olunmur bu sayt. Bundan əlavə bilmirəm niyə amma mən qeydiyyatdan keçdim. Panelə login və parolu yazıb daxil ola bilmirəm. İngiliscə yazılıq ki, “You don’t have permission to view this site. Please contact the system administrator.” Zəhmət olmasa bunun mənasını yazın. Təşəkkür.

  • 228m:

    Salam
    Sizin köməyinizlə məktəbimizin saytıni yaratmışam Saytımızın adı Azərbaycan Respublikası Təhsil Portalında “görünür” ancaq sayta yerləşdirdiyim şəkil və məqalələr yox Orada belə yazılır”məktəb tədbirləri-əks olunacaq element yoxdur”Necə edim ki saytımızdakı yeniliklər Azərbaycan Respublikası Təhsil Portalında əks olunsun
    Özünüz yoxlaya bilərsiniz
    Məktəbimiz http://www.228m.vsayt.com
    Azərbaycan Respublikası Təhsil Portalında **!link olmaz!**

  • HEYDƏR ƏLİYEV:

    APİ kodunu necə tapa bilərəm və nədir???

  • Sizə APİ kod lazım deyil, Akismet plaqini yenicə yerləşdirilmişdir və tezliklə düzəldiləcək. Bu plaqin Spamla mübarizədə kömək edir.

    Təşəkkür edirik,
    Vsayt Administrasiyası.

  • ad1000:

    Vsayt Adminlerine Ve Bu Seraiti Bize Yaradan Emeyi Kecen Her Kese Derin Minnetdarligimi Bildirirem Cox Sagolun Bu Sayti Yaratmaq Mene Cox Lazim Idi Tesekkurler.

  • mahirqurbanov:

    Supper Saytdir! Serait yaratdiqiniz ucun minnetdaram

  • ever:

    S_U_P_E_R Bizlere bele bir imkani temennasiz yaratdiqlarina gore Vsayt Adminstrasiyasina ve emeyi olan her bir kese minnetdarliqimi bildirirem.
    Cox Sag Olun.

  • Ayka:

    Salam.Mən vebsayt yaratmaq istəyirəm.Sizin köməyinizə ehtiyacım var.1-neçə sualım olacaq.Ay ərzində eşitmişəm harasa ödəniş etməliyəm.Bu düzgündür?Və necə yarada bilərəm?Reqistrasiyadan necə keçim?Qeydiyyatdan keçmək üçün vuranda google-dən fərqli səhifələr açılır ***E.Poçt ünvanı yazmayın***

  • Salam Ayka, Vsaytda Qeydiyyat pulsuzdur, Yuxarida gorduyunuz Boyuk Qeydiyyat duymasine daxil olun ve orda olan melumata gore davam edin.

    Təşşəkür edirik,
    Vsayt Administrasiyası.

  • Siz öz saytinizin administrator panelinə daxil ola bilərsiniz, çalişin bu linkə daxil olun azeri.vsayt.com/wp-admin

    Təşşəkür edirik,
    Vsayt Administrasiyası.

  • ŞƏFA:

    SALAM MƏNƏ KÖMƏK EDİN NECƏ YARADİM BU SAYTİ (ÖZ SAYTIMİ)YARADA BİLMİRƏM MƏNƏ KÖMƏK EDİN QEYDİYYATDAN KEÇƏ BİLMİRƏM SİZİN LƏ ƏLAQƏ YARADIB YAZDİQDA İSƏ 5 SAAT GÖZLƏMƏLİ OLURAM Kİ NİYƏ BELƏ GEC GEDİR MƏKTUB BİLMİRƏM SİZƏ ÇATDİMİ

Cavabla