Vsayt öz işinə başladi

Hamıya Salamlar,
Bu gündən artıq biz saytı işə salırıq. Hər kəs tam sərbəst özünə sayt – bloq, portal və s. aça bilər. Hələlik bu ilk versiyadır, getdikcə biz sayta daha geniş xüsusiyyətlər əlavə edəcəyik, servisi gücləndirəcəyik. Hal-hazırda saytımızda bəzi səhvlər var, amma onları da tezliklə həl edəcəyik. Əsasən tərcümə ilə bağlı səhvlər çoxdur və bu baradə sizin köməyinizə ehtiyacımız var. İstifadəçi bizdən daha çox istifadəçi panelində vaxt keçirərək səhvləri bizdən tez tapa bilər, həm də mövzunun nə dərəcədə başa düşüldüyünü istifadəçi təyin edə bilər. İndi bizə kömək etmək istəyənlər, aşağıdakı qaydaları oxuyun:

1. Siz bizə necə kömək edə bilərsiniz? sadəcə qabağınıza çıxan səhvləri burada şərh olaraq göstərə bilərsiniz2. Şərhlərdə nə yazmalı? səhvi tapdığınız səhifənin linki ilə birgə səhv yazılmış teksti də şərhdə göstərin. Əgər tərcümə üçün daha düzgün variant tapsanız, onu da göstərə bilərsiniz.

3. Səhvlər nə ola bilər? Sözlərin qrammatik (səhv yazılış), cümlələrin leksik səhvləri (mənası aydın olmayan, çətin başa düşülən və ya səhv quruluşa malik olan), saytdakı sözlərin daha mənalı, aydın alternativi olduqda, tərcümə olunmamış (İnqiliscə) sözələr olduqda.

Qeyd: Səhvlərdən başqa hər hansı iradınız, təklifiniz və başqa sözünüz varsa burada bildirə bilərsiniz. Hal-hazırda forum üzərində işlər gedir və yaxın zamanlada forumu da işə salacağıq. Forumun əsas məqsədi saytda çıxan problemlərin həlli, istifadəçilərə kömək olacaq.

Hamıya uğurlar!!!
VSayt Administrasiyası.

60 Şərhlər

  1. ruhshan 07 Fevral 2010 at 17:34 #

    size teshekkurlerimi bildirirem ki bele bir imkanlari yaratmisiniz..!!
    bir sualim var. eger saytimizda yazilar megaleler google ve ya diger axtarish saytlarinda tapmaq olacaqmi?

  2. admin 07 Fevral 2010 at 18:15 #

    Axtarış sistemlərində yazdığınız məqalənin adını yazıb axtarın və məqalənizi oradan tapa biləcəksiniz. Amma, məqalə yazıldıqdan sonra Google botlarının saytınıza gəlib saytınızda nə olub-olmamasını axtarmaq 1-2 həftə çəkə bilər. Biz xidmətimizin strukturunu gücləndirib bu müddəti azaldacağıq.
    Daha yaxşı nəticə üçün Axtarış Sistemləri adlı menyudan və məqalə yerləşdirərkən Platinium SEO Pack modulundan istifadə edin.

    Təşşkkür edirik,
    Vsayt Administrasiyası.

  3. ruhshan 08 Fevral 2010 at 22:27 #

    salamlar..sizin köməyinizə ehtiyacım var…məqalə yazarkən şəkilləri yerləşdirdikdə ölçüləri çox böyük olur. ne etmək lazımdır ki yazılan məqalə çərçivəsi boyda olsun?

  4. admin 09 Fevral 2010 at 00:38 #

    Məqalənizə şəkili yerləşdirin, sonra şəkilin üzərinə basın şəkilin yuxarı sol tərəfində iki düymə peydə olacaq, birinci düyməyə (şəkili Düzəlt) basın və lazım olan seçənəklər qabağınızda açılacaq. Gördüyünüz faizlər vasitəsi ilə şəkilin ölçüsünü təyin edə bilərsiniz.

    Təşşkkür edirik,
    Vsayt Administrasiyası.

  5. Teymur Cabbarov 09 Fevral 2010 at 01:58 #

    meqleye nece sekil elave et duymesini basiram sekili istediyim meqaleye elave edirem yazilir elave olundu girib baxiram elave olunmayib

  6. admin 09 Fevral 2010 at 13:01 #

    Siz Mediaya şəkil əlavə etmisiniz, onun məqalədə görünməsi üçün, Media>kitabxana-dan şəkilin üzərindəki “Düzəlt” düyməsinə basın və açılan səhifədə, sonda “Fayl Ünvanı”-nı köçürün. Sonra istədiyiniz məqaləni açın, Redaktorun iki hissəsi var Vizual və HTML, siz HTML versiyanı seçin sonra yuxarıdakı düymələrdən “img” düyməsinə basın, açılan pəncərədə həmin köçürdüyünüz fayl ünvanını daxil edin, sonra şəkilin istədiyiniz təsvirini yazın və şəkiliniz əlavə olundu. Şəkil üzərində dəyişiklilər üçün Vizual hissəyə keçn və həmişəkilin üzərindəki düymələrdən istifadə edin.

    Təşşkkür edirik,
    Vsayt Administrasiyası.

  7. Teymur Cabbarov 09 Fevral 2010 at 16:35 #

    cox sagolun alindi

  8. Teymur Cabbarov 09 Fevral 2010 at 16:37 #

    ana sefe yuxari hisseye nece sekil elave edim

  9. admin 09 Fevral 2010 at 17:32 #

    Sizin indi seçdiyiniz üst geyimdə bu mümkün deyil.
    Siz məsələn: Phu Ly, Nurudin Jauhari, Sebastian Schmieg və s. təsvirində “customisable header” sözü olan üst geyimlərin başlığını dəyişmək olur. Belə üst geyimi seçdikdə üst Geyimlər > “Xüsusi Başlıq” adlı menyu yaranır, istədiyiniz şəkili göstərilən boşluğa yükləyirsiniz və başlıq dəyişir.

    Təşşkkür edirik,
    Vsayt Administrasiyası.

  10. Teymur Cabbarov 09 Fevral 2010 at 21:05 #

    menim sayitima girenler qeydiyyatdan kecende birbasa vsayt.coma da qeydiyyatdan kecir bu problem ne vaxt duzelecek ya nese men duz elemirem?

  11. Teymur Cabbarov 09 Fevral 2010 at 21:29 #

    birde ozumcun ust geyim isteyirem sayta yukleyim basqa bele ust geyimleri nece tapmaq olar

  12. admin 09 Fevral 2010 at 22:02 #

    Qeydiyyat Problemi bizim problemimizdir, bu məlumat bazasə ilə bağlı səhvdir və yaxında düzələcək.
    Siz yalnız “WordPress” üst geyimləri tapa bilərsiniz, sonra o üst geyimin adını, ünvanını bizə verin və biz araşdırıb sizə nəticəni deyərik, amma, hələlik yeni üst geyimlər quraşdırmırıq, çünki Vsayt üçün yeni sistemlər hazırlanır və onların üzərində işləyirik, yeniliklər qurulanda burada bildirəcəyik.

    Təşşkkür edirik,
    Vsayt Administrasiyası.

  13. ruhshan 09 Fevral 2010 at 22:47 #

    salamlar. sayta girmək üçün başlıq yazısı səhvdir. “Xoş gəlmisiniz” əvəvzin? “Çoş gəldiniz” yazilir. onu necə dəyişdirim,?

  14. admin 09 Fevral 2010 at 23:03 #

    Bu səhv düzəldildi

    Təşşkkür edirik,
    Vsayt Administrasiyası.

  15. Teymur Cabbarov 09 Fevral 2010 at 23:37 #

    her seye gore cox sagolun mene bilursuz ayrica menyu yaratmaq lazimdir birdene basa salinda onu hemin menyuda bolmelerin adini men qoyum mes:(mp3,foto,mobil. ve s.) sagolun

  16. ruhshan 09 Fevral 2010 at 23:48 #

    Çox sağ olun..bir də ki, məqalələrin axtarış sistemlərində tapmaq olsaydı lap yaxşı olardı..

  17. Teymur Cabbarov 10 Fevral 2010 at 01:32 #

    SAYT UCUN ICONLARI NECE YUKLEMEK OLAR

  18. admin 10 Fevral 2010 at 15:08 #

    mp3,foto,mobil. və s. kateqoriyalar yaradın və yan sütuna kateqoriyalar modulunu yerləşdirin. Məqalə yazanda bu kateqoriyalara görə qruplaşdırın.
    Axtarış sistemində məqalələr görünəcək, bir az gözləmək lazımdır, biz indi onun üzərində işləyirik, amma saytın axtarış sistemlərində görünməsi üçün siz saytınızı sayt kataloqlarında yerləşdirməlisiniz. Biz bunun haqqında məlumat verəcəyik.
    Sayta icon yükləmək mümkün deyil, bundan ötrü proqramlaşdırma dilini bilmək lazımdır, gələcəkdə əsas forum açıldıqda biz proqramlaşdırmanı da başa salacağıq.

    Təşşkkür edirik,
    Vsayt Administrasiyası.

  19. ruhshan 10 Fevral 2010 at 21:07 #

    SALAM.istəyirəm ümümi səhifədə məqalənin ancaq “XÜLASƏ” hissəsi görünsün, sonra “ardını oxu” kimi açmaq olsun..birdəki qiymətlandirmə modulunu aktiv elemişəm ancaq qimət vermək olmur..o barədə də köməyinizə ehtiyacım var..

  20. admin 10 Fevral 2010 at 21:41 #

    Xülasə hissəsi üçün Mətn Redaktorunda “Ardını Oxu” adlı düymə var, mətni kəsmək istədiyiniz yerə kursoru gətirib o düyməyə basın.
    Qiymətləndirməni işə salmaq üçün əvvəlcə plaqinlər bölməsindən plaqini işə salın sonra qiymətləndirməni daxil etmək istədiyniz məqalələrin istədiyiniz hissəsinə [ratings] kodunu daxil edin və qiymətləndirmə görünəcək. Qiymətləndirmə “modulu” sizə müxtəlif dərəcə ilə qiymətləndirilən məqalələri yan sütunda göstərməyə kömək edir.

    Təşşkkür edirik,
    Vsayt Administrasiyası.